Şəkidə 50 yaşlı kişi qətlə yetirilib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 18 radələrində Şəki rayonunun Turan qəsəbəsi ərazisində qeydə alınıb. 1975-ci il təvəllüdlü Mehman Bayramov kəsici alətlə qətlə yetirilib.
Cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Sədi Heydərov könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.