ain.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.
Astroloqların 2026-cı il üçün apardığı son proqnozlara əsasən, bir sıra bürcləri gələn il böyük dəyişikliklər, xüsusilə də nikah və ciddi münasibətlərin rəsmiləşdirilməsi gözləyir.
Metbuat.az xəbər verir ki, ulduzlar sevgi enerjisinin gücləndiyini, bəzi bürclərin isə uzun müddətdir arzuladığı evlilik qərarını verəcəyini bildirir.
Qoç – 2026 Qoçlar üçün taleyüklü qərar ili olacaq. Uzun müddət davam edən münasibətlərdə nikah söhbətləri aktuallaşacaq. Subay Qoçlar isə ilin ilk yarısında tanış olduqları şəxslə sürətli şəkildə evlənmə qərarı verə bilərlər.
Xərçəng – Ailə enerjisi Xərçəngləri hər zaman müşayiət etsə də, gələn il onlar üçün xüsusi olacaq. Ulduzlar göstərir ki, evlilik təklifi qapıda dayanıb. Uzun müddətdir gözlənilən münasibət “hə” cavabı ilə nəticələnə bilər.
Tərəzi – Sevgi planetinin hakimiyyəti altında olan Tərəzilər üçün 2026 balansın bərpası ili olacaq. Onlar nəhayət özlərinə uyğun partnyoru taparaq ciddi addım atmağa hazırlaşacaqlar. Tək olan Tərəzilər sürpriz tanışlığa görə evlilik masasına otura bilərlər.
Oğlaq – Ciddi və məsuliyyətli Oğlaqlar üçün bu il münasibətlərdə sabitlik yaranacaq. Ulduzlar göstərir ki, Oğlaqların çoxu gələn il nişan, toy və ailə qurmaq məsələsini gündəmdə saxlayacaq. İş həyatındakı uğur da evlilik planlarını gücləndirəcək.
Balıq – Emosional Balıqlar üçün 2026 sevgi ilə dolu olacaq. Onlar həyatlarına daxil olan xüsusi insanla münasibəti rəsmiləşdirmək istəyəcəklər. Əksəriyyətində nişan, toy və ya birlikdə yaşamaq qərarı verilə bilər.
Astroloqlar bildirirlər ki, bu bürclər üçün 2026-cı il “mühüm qərarlar ili” olacaq. Ulduzların düzülüşü sevgi enerjisinin güclənəcəyindən xəbər verir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.