Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Sürix Universitetinin psixoloqları 4 minə yaxın isveçrəli arasında apardıqları sorğu nəticəsində insanlarda ən çox stress yaradan riskli həyat seçimlərinin siyahısını hazırlayıblar.
Axşam.az xəbər verir ki, araşdırmanın nəticələri "Psychological Science" jurnalında dərc olunub.
Respondentlərə hazır cavab variantları təqdim olunmadan onlardan həyatda verdikləri ən riskli qərarları təsvir etmələri istənilib.
Sorğunun nəticələrinə görə, demoqrafik göstəricilərdən asılı olmayaraq, insanların əksəriyyəti ən çox işlə bağlı verdikləri qərarları - yeni bir vəzifəyə başlamaq və ya alternativ tapılmadan işdən çıxmaq kimi riskləri qeyd ediblər.
Həmçinin siyahıda investisiya etmək, avtomobil sürmək, öz biznesini açmaq, daşınmaz əmlak almaq və əməliyyat qərarı yer alıb. Evlilik qərarı isə səkkizinci sıranı tutub.
Tədqiqatın nəticələri alimlərin ilkin fərziyyələrindən fərqlənib. Psixoloqlar hesab edirdilər ki, siyahının başında sağlamlıqla bağlı qərarlar olacaq, amma nəticədə liderlik karyera və maliyyə mövzularına aid qərarlara keçib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.