AZ

Netanyahu: "Fələstin dövlətinin yaradılmasını istəmirəm"

Yazını böyüt
Yazını kiçilt

İsrail Baş naziri Benyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Qəzza qətnaməsi ilə bağlı müzakirələr davam edərkən Fələstin dövləti ilə bağlı müzakirələri yenidən alovlandıran açıqlamalar verib. Netanyahu "onilliklərdir İordaniyanın qərbindəki istənilən ərazidə Fələstin dövlətinin yaradılmasına qarşı çıxdığını" və bu məsələ ilə bağlı mövqeyinin dəyişməz qaldığını bildirib. O, bu açıqlamanı Təl-Əviv hökumətinin Fələstin dövlətinin yaradılmasına yol açdığı üçün sərt tənqid etdiyi Qəzza qətnaməsinin BMT TŞ tərəfindən səsverməyə çıxarılmasından bir az əvvəl kabinet iclasının açılışında səsləndirib.

Hafta.az-ın yazdığına görə, kabinet iclasının əvvəlində çıxış edən Netanyahu, BMT TŞ-də Qəzza qətnaməsinə görə onu tənqid edən ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin və Maliyyə Naziri Bezalel Smotriçin adını çəkmədən cavab verdi. Netanyahu, Fələstin Dövlətinin qurulmasına qarşı çıxmaq mövqeyinin həmişə eyni qaldığını iddia edərək, "Mənə heç kimin təsdiqi, sosial media paylaşımları və ya mühazirələr lazım deyil" deyib.

“Biz İordaniyanın qərbindəki istənilən bölgədə Fələstin Dövlətinin yaradılmasına qarşıyıq və bu, dəyişməyib. Mən on illərdir ki, bu cür təşəbbüsləri rədd edirəm” deyən Netanyahu bununla da Fələstin Dövlətinə qarşı mövqeyini sərt dillə təkrarlayıb və ona yönəlmiş tənqidləri rədd edib.

Seçilən
448
2
hafta.az

10Mənbələr