AZ

“Mən Fələstin dövlətinin yaradılmasına qarşıyam” Netanyahu

525.az saytına istinadən ain.az xəbər verir.

İsrail Baş naziri Benyamin Netanyahu Fələstin dövlətinin yaradılmasına qarşıdır.

i KİV-ə istinadən xəbər verir ki, o, növbəti dəfə Fələstin dövlətinin yaradılmasının tərəfdarı olmadığını vurğulayıb.

“Mənə heç kimin təsdiqi, sosial media paylaşımları və ya mühazirələr lazım deyil. Biz İordaniyanın qərbindəki istənilən ərazidə Fələstin dövlətinin yaradılmasına qarşıyıq və bu, dəyişməyib. Mən on illərdir ki, bu cür təşəbbüsləri rədd edirəm”, - deyə İsrailin Baş naziri bildirib.

Qəzza müqaviləsi çərçivəsində HƏMAS-ın nəzarətində olan ərazinin tərksilah ediləcəyini qeyd edən Netanyahu, bunun sülh müqavilənin şərti olduğunu söyləyib.

Baş nazir əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp da bunu bildirib.

İsgəndər Həsənov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
400
2
525.az

10Mənbələr