AZ

“Bavariya” 17 yaşlı vunderkindlə bağlı qərar verib

Münhenin “Bavariya” klubu 17 yaşlı vunderkind Lennart Karlın müqaviləsini yeniləmək niyyətindədir.

İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Baş məşqçi Vensan Kompani bu mövsüm gənc istedada tez-tez şans verir. Karl artıq əsas komandada iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd olunur ki, xarici klubların diqqətini cəlb edən perspektivli hücumameyilli yarımmüdafiəçini komandada saxlamaq üçün “Bavariya” ona daha sərfəli şərtlər təklif etməyə hazırdır.

“Transfermarkt” portalı Lennart Karlın dəyərini 22 milyon avro olaraq göstərir. Futbolçunun 2026-cı ilin fevralında 18 yaşı olacaq.

İdman.Biz

Məqalədə:
Seçilən
24
1
idman.biz

2Mənbələr