“Bavariya” 17 yaşlı vunderkind Lennart Karlın müqaviləsini yeniləmək niyyətindədir.
Msport.az xəbər verir ki, baş məşqçi Vensan Kompani bu mövsüm gənc istedada tez-tez şans verir.
Karl artıq əsas komandada iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Xarici klubların diqqətini cəlb edən perspektivli hücumameyilli yarımmüdafiəçini komandada saxlamaq üçün “Bavariya” ona daha sərfəli şərtlər təklif etməyə hazırdır.
“Transfermarkt” portalı Lennart Karlın dəyərini 22 milyon avro olaraq göstərir. Futbolçunun 2026-cı ilin fevralında 18 yaşı olacaq.