AZ

Həmin Mercedes lə qəza törətdiyi anları paylaşdı Video

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Fitnesçi Hidayət Məhərrəmli "Mercedes" markalı avtomobili ilə qəza keçirtdiyi anları sosial şəbəkədə paylaşıb.

Axşam.az xəbər verir ki, görüntülərdə idmançının maşını sürətlə sürdüyü, sükanı bir əli ilə tutub digəri ilə telefonla çəkiliş apardığı əks olunub. Onun diqqəti yoldan yayınır və maşın bardürə çıxır.

Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev idmançı Hidayət Məhərrəmlinin sükan arxasında telefonla çəkiliş apararkən qəzaya düşməsi və bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib. O qeyd edib ki, hadisə təxminən 2 il əvvəl baş verib. O, sükan arxasında telefondan istifadənin istənilən formasının: istər danışmaq, istər yazışmaq, istərsə də video çəkilişi aparmaq – həm sürücünün öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi risk altına qoyduğunu bildirib.

Onun sözlərinə görə, cəmi bir neçə saniyəlik diqqət yayınması belə, yolun kənarında dayanan piyadanı, qarşıdan gələn nəqliyyat vasitəsini və ya qəfil yaranan hər hansı təhlükəni görməməyə səbəb olur. Sürücünün gözünü yoldan ayırdığı 2–3 saniyə ərzində avtomobilin onlarla metr nəzarətsiz irəliləməsi isə qəzaların başlıca səbəblərindən biridir.

Şöbə rəisi bildirib ki, sükanı tək əllə saxlayıb digər əllə telefonla video çəkmək birbaşa yol hərəkəti təhlükəsizliyinə təhdid yaradır və bu cür davranış bütün hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə mənbəyidir.

“Unutmayaq: sükan arxasında seçim sadədir – ya telefon, ya təhlükəsizlik”, – qurum rəsmisi vurğulayıb.

Qeyd edək ki, H.Məhərrəmli keçmiş sevgilisi Ş.Yunusova ilə qalmaqalıyla gündəmə gəlmişdi. ŞYunusova idmançının onun külli miqdarda pulunu ələ keçirtdiyini deyib. O, Hidayətə maşın hədiyyə etdiyi açıqlamışdı.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
21
axsam.az

10Mənbələr