AZ

DYP nin şöbə rəisi olimpiya çempionunun qəzasından danışdı

ain.az, Gununsesi saytına istinadən bildirir.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev idmançı Hidayət Məhərrəmlinin sükan arxasında telefonla çəkiliş apararkən qəzaya düşməsi və bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, R.Tağıyevin sözlərinə görə, hadisə, təxminən, iki il əvvəl baş verib.

O, sükan arxasında telefondan istifadənin istənilən formasının – istər danışmaq, istər yazışmaq, istərsə də video çəkilişi aparmaq – həm sürücünün öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi risk altına qoyduğunu bildirib.

Onun sözlərinə görə, cəmi bir neçə saniyəlik diqqət yayınması belə, yolun kənarında dayanan piyadanı, qarşıdan gələn nəqliyyat vasitəsini və ya qəfil yaranan hər hansı təhlükəni görməməyə səbəb olur:

“Sürücünün gözünü yoldan ayırdığı iki-üç saniyə ərzində avtomobilin onlarla metr nəzarətsiz irəliləməsi isə qəzaların başlıca səbəblərindən biridir”.

Şöbə rəisi bildirib ki, sükanı tək əllə saxlayıb digər əllə telefonla video çəkmək birbaşa yol hərəkəti təhlükəsizliyinə təhdid yaradır və bu cür davranış bütün hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə mənbəyidir.

“Unutmayaq: sükan arxasında seçim sadədir – ya telefon, ya təhlükəsizlik”, – deyə Rövşən Tağıyev vurğulayıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
21
icma.az

10Mənbələr