İmişli. Trend:
İmişli rayonu ərazisində fərdi yaşayış evinin həyətində yerləşənvə meyxanaçıya məxsus olan səs yazma montaj otağında yanğınhadisəsi baş verib.
Trend-in bölgəmüxbiri xəbər verir ki, hadisə saat 12 radələrində İmişli şəhərsakini Ağalar Həsənova məxsus fərdi yaşayış evinin həyətyanısahəsində qeydə alınıb.
Belə ki, ev sahibinin oğlu meyxanaçı Ərrəhmana məxsus olanyardımçı tikilidəki səs yazma otağında başlayan yanğın qısamüddətdə güclənib.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət YanğındanMühafizə xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinintexnikaları və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsiistiqamətində operativ tədbirlər görülüb və yanğın söndürülüb,ətraf tikilərə keçməsinin qarşısı alınaraq evlər yanğından mühafizəedilib. Hadisə nəticəsində ümumi sahəsi 15 kvadratmetr olan səsyazma montaj otağı və içərisindəki avadanlıqlar yararsız haladüşüb.
Faktla bağlı araşdırma aparılır.