AZ

İmişlidə evin həyətində yanğın baş verib

ain.az bildirir, Bakivaxti portalına istinadən.

İmişli rayonu ərazisində fərdi yaşayış evinin həyətində yerləşən və meyxanaçıya məxsus olan səs yazma montaj otağında yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə saat 12 radələrində İmişli şəhər sakini Ağalar Həsənova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində qeydə alınıb.

Belə ki, ev sahibinin oğlu meyxanaçı Ərrəhmana məxsus olan yardımçı tikilidəki səs yazma otağında başlayan yanğın qısa müddətdə güclənib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülüb və yanğın söndürülüb, ətraf tikilərə keçməsinin qarşısı alınaraq evlər yanğından mühafizə edilib. Hadisə nəticəsində ümumi sahəsi 15 kvadratmetr olan səs yazma montaj otağı və içərisindəki avadanlıqlar yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
3
bakivaxti.az

4Mənbələr