AZ

Regionun siyasi arxitekturasında YENİ MƏRHƏLƏ – "Azərbaycan Mərkəzi Asiyanın ayrılmaz tərəfdaşına çevrilib"

Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının konsultativ görüşlərində tamhüquqlu iştirakçı kimi yer alması Prezident İlham Əliyevin Özbəkistana növbəti səfərinin strateji çərçivəsini daha da genişləndirir. 

Bu format uzun müddət yalnız Mərkəzi Asiya ölkələrinin daxili regional dialoq mexanizmi kimi qəbul olunurdu.

Lakin Azərbaycanın rəsmi şəkildə bu formata daxil olması regionun siyasi arxitekturasında yeni mərhələnin başlanğıcıdır. Azərbaycan həm geostrateji mövqeyi, həm də regiona real töhfə verən iqtisadi, enerji və nəqliyyat resursları ilə Mərkəzi Asiyanın ayrılmaz tərəfdaşına çevrilib.
 

Bu iştirak Azərbaycanın regionda artan nüfuzunun təsdiqi olmaqla yanaşı, həm də digər dövlətlər kimi, Mərkəzi Asiya dövlətlərinin ölkəmizə olan etimadının bariz göstəricisidir.


Sözügedən addım, Orta Dəhlizin inkişafına, yeni logistika xəritələrinin formalaşmasına və iki regionun iqtisadi inteqrasiyasına da təkan verəcək.

Ümumilikdə Azərbaycanla Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan, 1990-cı illərin əvvəllərindən  başlayaraq həm siyasi, həm nəqliyyat, həm də enerji sahəsində strateji tərəfdaşlığın əsaslarını yaratdılar. 
 

Xəzər hövzəsində enerji əməkdaşlığı, TRACECA layihəsi, türkdilli dövlətlərin əməkdaşlıq mexanizmləri, eləcə də son illərdə Türk Dövlətləri Təşkilatının (TDT) institusional güclənməsi bu əlaqələrin mühüm hissəsini əhatə etdi.


Zəngəzur dəhlizi ilə bağlı perspektivlərin, həmçinin Orta Dəhliz layihəsinin Özbəkistan üçün artan strateji çəkisi ölkələrimiz arasında əməkdaşlığı daha geniş və çoxşaxəli xarakterə gətirməkdədir.

Ülviyyə Zülfiqar, siyasi şərhçi

Seçilən
41
50
bizim.media

10Mənbələr