Yazını böyüt
Yazını kiçilt
“Qarabağ” komandanı UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Napoli” ilə İtaliyadakı oyunda dəstəkləmək istəyən azarkeşlərinə müraciət edib.
Hafta.az xəbər verir ki, klubun yaydığı açıqlamada bildirilib:
“Bizdən asılı olmayan səbəblərə görə noyabrın 21-dən sonra vauçerlərin satışı dayandırılacaq. “Napoli” – “Qarabağ” matçını “Stadio Diego Armando Maradona” stadionunda izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlərin satışı iTicket.az-da davam edir. “Napoli” ilə səfər oyununa bilet əldə etmək üçün son 4 gün qaldı”.
Qeyd edək ki, “Napoli” – “Qarabağ” oyunu noyabrın 26-sı Bakı vaxtı ilə 00:00-da, yerli vaxtla isə (İtaliya) 25 noyabr saat 21:00-da start götürəcək.