AZ

"Qarabağ"dan "Napoli" ilə oyunla bağlı azarkeşlərə müraciət

"Qarabağ" Çempionlar Liqasının liqa mərhələsində "Napoli" ilə İtaliyadakı oyunda komandanı dəstəkləmək istəyən azarkeşlərinə müraciət edib.

"Football-plus.az" xəbər verir ki, klubun yaydığı açıqlamada bildirilib:
"Bizdən asılı olmayan səbəblərə görə noyabrın 21-dən sonra vauçerlərin satışı dayandırılacaq. "Napoli” – “Qarabağ” matçını “Stadio Diego Armando Maradona” stadionunda izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlərin satışı "iticket.az"da davam edir. “Napoli” ilə səfər oyununa bilet əldə etmək üçün son 4 gün qaldı".

Xatırladaq ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 26-sl Bakı vaxtı ilə00:00-da, yerli vaxtla isə (İtaliya) 25 noyabr saat 21.00-da start götürəcək.
Seçilən
155
9
football-plus.az

10Mənbələr