Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, Ukraynadakı münaqişənin həlli üzrə danışıqlar ən erkən 2026-cı ilin fevral-mart aylarında baş tuta bilər.
Redaktor.az xəbər verir ki, bu barədə dövlət başçısı NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında məlumat verib.
“Adətən mən optimist oluram, amma indi gözləmirəm ki, münaqişə bu il başa çatsın. Mən hesab edirəm ki, danışıqlar ən erkən gələn ilin fevral-mart aylarında mümkündür”, - Stubb qeyd edib.
O əlavə edib ki, danışıqların dəqiq tarixi Ukrayna Prezidenti Volodimir Zelenskidən asılıdır.
Nuriyyə NATİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.