Naxçıvan televiziyasının sabiq sədri Sahil Tahirli yeni vəzifəyə təyin edilib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında paylaşım edib.
Sahil Tahirli "Hədəf Şirkətlər Qrupu"nda baş direktorun müşaviri vəzifəsinə təyin olunub.
Xatırladaq ki, S.Tahirli bundan əvvəl 13 il Naxçıvan televiziyasına rəhbərlik edib, Naxçıvan Ali Məclisində Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Naxçıvan Televiziya və Radio Şurasının sədri vəzifələrində çalışıb.
O, bu ilin iyun ayında Naxçıvan televiziyasının sədri vəzifədən azad edilib.