AZ

Şəmkirdə 51 yaşlı kişi həmkəndlisini bıçaqladı

Şəmkirdə bıçaqlanma hadisəsi olub.

News365.az xəbər verir ki, Şəmkir rayonunun Təzəkənd kənd sakinləri, 1974-cü il təvəllüdlü Əlövsət Həsənov münaqişə zəmnində 1969-cu il təvəllüdlü Əbülfəz Həsənovu bıçaqlayıb.

Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkən şəxsin vəziyyəti orta ağırdır və müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
15
50
news365.az

10Mənbələr