AZ

Şəmkirdə 56 yaşlı kişi BIÇAQLANDI

Şəmkir sakinləri arasında yaranan mübahisə qanla nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonunun Təzəkənd kənd sakinləri, 1974-cü il təvəllüdlü Əlövsət Həsənov münaqişə zəminində 1969-cu il təvəllüdlü Əbülfəz Həsənova bıçaq xəsarəti yetirib.
 

56 yaşlı kişi bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O dərhal əməliyyata götürülüb,  vəziyyətinin orta ağırdır olduğu bildirilir. Onun müalicəsi xəstəxanada davam etdirilir.


Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
21
12
bizim.media

10Mənbələr