AZ

PKK geri çəkildiyini elan etdi — Türkiyə ilə sülh prosesi yeni mərhələyə keçir

PKK Türkiyə ilə davam edən sülh prosesinə dəstək məqsədilə İraqın şimalındakı strateji Zap bölgəsindən qüvvələrini çıxardığını açıqlayıb.

Musavat.com xəbər verir ki, terrorçu təşkilatın bəyanatına görə, 16 noyabr axşamı etibarilə PKK-nın həmin ərazidəki bütün qüvvələri geri çəkilib.

Zap bölgəsi PKK-nın Türkiyə sərhədinə ən yaxın və ən vacib hərbi düşərgələrindən biri kimi tanınırdı. Bu ərazidə illərlə PKK qrupları ilə Türkiyə ordusu arasında toqquşmalar baş verib.

Təşkilatın özünü buraxması və silahsızlanma prosesinə başlaması fonunda baş verən bu addım Ankara–PKK münasibətlərində yeni və mühüm mərhələ kimi qiymətləndirilir.

 

Musavat.com

Seçilən
12
50
musavat.com

10Mənbələr