“Kiyevdəki Azərbaycan səfirliyi binasına və Heydər Əliyev meydanına raket zərbəsi ilk dəfə təsadüf ola bilərdi, amma ikinci dəfə bunu təsadüfi demək olmaz“.
AzPost bildirir ki, bu sözləri həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixeil Saalakşvili paylaşımında qeyd edib.
“Bu, əlbəttə ki, bu, təkcə Ukraynaya deyil, həm də Azərbaycana və onun müstəqil siyasətinə qarşı qəsdən edilmiş hücumdur. Prezidentlərin telefonla danışması yaxşıdır. Ümid edirəm ki, ikitərəfli əməkdaşlıq sürətlə inkişaf etməyə davam edəcək”-deyə sabiq prezident vurğulayıb.