Ankara Baş Prokurorluğu FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 22 nəfərin həbsinə order verib.
Musavat.com xəbər verir ki, onların arasında 8 nəfər fəaliyyətini davam etdirən hərbçi, 10 nəfər isə işdən çıxarılmış və ya istefaya göndərilmiş şəxslərdir.
Daha 3 nəfərin dövlət qurumlarında çalışdığı bildirilir.
Prokurorluğun məlumatına görə, şübhəlilər FETÖ-nün “gizli xidmət” adlanan strukturu ilə əlaqəli olub. Araşdırmalar onların Ankara şəhərinin müxtəlif yerlərində yerləşən stasionar telefonlardan istifadə edərək kuratorlarla əlaqə saxladığını göstərib.
Hazırda Türkiyənin 9 vilayətində şübhəlilərin saxlanılması üzrə genişmiqyaslı əməliyyatlar aparılır.
Musavat.com