AZ

9 şəhərdə genişmiqyaslı ƏMƏLİYYAT - Vəzifəli şəxslər ifşa olundu

Ankara Baş Prokurorluğu FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 22 nəfərin həbsinə order verib.

Paytaxt.org xəbər verir ki, onların arasında 8 nəfər fəaliyyətini davam etdirən hərbçi, 10 nəfər isə işdən çıxarılmış və ya istefaya göndərilmiş şəxslərdir.

Daha 3 nəfərin dövlət qurumlarında çalışdığı bildirilir.

Prokurorluğun məlumatına görə, şübhəlilər FETÖ-nün “gizli xidmət” adlanan strukturu ilə əlaqəli olub. Araşdırmalar onların Ankara şəhərinin müxtəlif yerlərində yerləşən stasionar telefonlardan istifadə edərək kuratorlarla əlaqə saxladığını göstərib.

Hazırda Türkiyənin 9 vilayətində şübhəlilərin saxlanılması üzrə genişmiqyaslı əməliyyatlar aparılır.

Musavat.com

Seçilən
58
1
paytaxt.org

2Mənbələr