ain.az bildirir, Azertag portalına istinadən.
Xəbərin mətni
Bu gün bir araya gəlməyimizin məqsədi 2026-cı il üçün diqqət mərkəzlərimizi, ortaq təşəbbüslərimizi və verəcəyimiz mesajlarımızı birgə müəyyən etməkdir. 2026-cı il strateji “yol xəritəsi” tədqiqatının nəticələri bizə vacib bir çərçivə təqdim edir. Hesab edirəm ki, əvvəlcə regional potensialımızı gücləndirəcək sahələri araşdırmalıyıq. Xüsusilə, fəlakətlərə hazırlıq, könüllülük sistemlərinin hazırlanması, gənclər başda olmaqla, könüllüləri bir araya gətirmək və qan xidmətlərində qarşılıqlı dəstək mexanizmlərinin yaradılması şəbəkəmizin effektiv təsir yarada biləcəyi ən vacib sahələr arasındadır. Bu baxımdan, 2026-cı il üçün daha tətbiq olunan və nəticəyönümlü birgə təşəbbüslərə diqqət yetirməyimiz vacibdir. Bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclasında Türkiyənin Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmaz deyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.