AZ

“Neftçi” Avropa Kubokunda “Abşeron” səddini keçə bilmədi – ARENA.AZ

FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycanı təmsil edən “Neftçi” və “Abşeron Lions” bu gün növbəti oyunlarına çıxıblar.

Arena.az xəbər verir ki, I qrupunda yer almış sözügedən komandalar bir-biri ilə üz-üzə gəliblər.

Bakı İdman Sarayında keçirilmiş matç “Abşeron Lions”un 95:86 hesablı qələbəsi ilə bitib. Halbuki, “ağ-qaralar” bu oyunda qalib gələ bilsəydi, ölkə klub basketbolu tarixində bir ilki reallaşdıraraq növbəti mərhələyə vəsiqə qazanacaqdı.

Xatırladaq ki, bu komandaların qrupdakı ilk oyununda “Neftçi” 104:86 hesablı qələbəyə sevinmişdi.

Beləliklə, I qrupunda Polşanın “Trefl” komandası 10 xalla birinci olub. “Neftçi” 9 xalla ikinci yeri tutubsa, Estoniyanın “Kalev” kollektivi üçüncü olub. “Abşeron Lions” isə 8 xalla qrup sonuncusu olub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
6
49
arena.az

10Mənbələr