Azərbaycanın kişi voleybolçulardan ibarət “Azərreyl” komandası CEV Kubokunda bu gün 1/32 final mərhələsinin cavab oyununa çıxıb.
Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi Niderlandda “Orion Stars”ın qonağı olub.
Oyun meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Belə ki, təmsilçimiz yekunda 0:3 hesablı ilə məğlub olub.
Xatırladaq ki, Bakıda keçirilmiş ilk görüşdə də Niderland təmsilçisi 3:1 hesabı ilə qalib gəlmişdi. Bu nəticələrdən sonra Azərbaycan klubu CEV Kuboku ilə vidalaşmalı olub.
CEV Voleybol Kuboku, 2025/2026-cı illər mövsümü
1/32 final mərhələsinin cavab oyunu
19 noyabr
“Orion Stars” – “Azərreyl” 3:0 (25:14, 25:12, 25:19)
İlk oyunun nəticəsi isə belə olmuşdu:
“Azerreyl” – “Orion Stars” 1:3 (25:23, 18:25, 24:26, 26:28)
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!

