AZ

Deputat: "Regionlardan danışanda rəqəmlərə fikir vermək lazımdır"

Yazını böyüt
Yazını kiçilt

"Cənab Prezident 5 il ərzində 569 dəfə işğaldan azad olunan ərazilərə səfər edib, 170 layihənin təmələni qoyub, 167 obyektin açılışdan iştirak edib. 62 mindən çox insan həmin regionlarda yaşayır. 19 məktəb tikilib, 7 məktəbəqədər müəssisə, 1 xəstəxana istifadəyə verilib. Yollar, körpülər barədə kifayət qədər məlumat var".

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib:

"Cənab Prezidentin sərəncamı oldu. Regionların strukturlarının təkmilləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verdi ki, qısa müddətdə strukturların təkmilləşdirilməsi və yeni struktur layihəsi təqdim olunsun. Hesab edirik ki, burada bələdiyyələrin də rolu öz əksini tapacaq. Bir Xocavənd rayonunu çıxmaq şərtilə qalanlarının hamısı özü büdcəsini təmin edir. Regionlardan danışanda rəqəmlərə fikir vermək lazımdır. Rayonlar arasında sağlam rəqabət gedir".

Tahirə Qafarlı

Seçilən
13
2
hafta.az

3Mənbələr