AZ

Komitə sədri: Regionlardan danışanda rəqəmlərə fikir vermək lazımdır

BAKI, 20 noyabr. TELEQRAF

"Prezident İlham Əliyev 5 il ərzində 569 dəfə işğaldan azad olunan ərazilərə səfər edib, 170 layihənin təmələni qoyub, 167 obyektin açılışdan iştirak edib. 62 mindən çox insan həmin regionlarda yaşayır. 19 məktəb tikilib, 7 məktəbəqədər müəssisə, 1 xəstəxana istifadəyə verilib. Yollar, körpülər barədə kifayət qədər məlumat var".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, ölkəmizin başçısı regionların strukturlarının təkmilləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verdi və bununla da qısa müddətdə strukturların təkmilləşdirilməsi və yeni struktur layihəsi təqdim olundu: “Hesab edirik ki, burada bələdiyyələrin də rolu öz əksini tapacaq. Bir Xocavənd rayonunu çıxmaq şərtilə qalanlarının hamısı özü büdcəsini təmin edir. Regionlardan danışanda rəqəmlərə fikir vermək lazımdır. Rayonlar arasında sağlam rəqabət gedir".

Seçilən
2
2
teleqraf.com

3Mənbələr