AZ

Yeni Klinikada Sümük İliyi Transplantasiyası Mərkəzi fəaliyyətə başlayıb FOTOLAR

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Yeni Klinikada Sümük İliyi Transplantasiyası Mərkəzi fəaliyyətə başlayıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Hematologiya və Sümük İliyi Transplantasiya Mərkəzinin şöbə müdiri Sevil Cəlilova Klinikada təşkil olunmuş mediaturda məlumat verib.

Onun sözlərinə görə, mərkəz müasir tələblərə cavab verən yüksək ixtisaslaşmış tibbi mərkəz kimi formalaşdırılıb:

"Şöbənin hemato-onkoloji xəstəliklərin müalicəsində ən son elmi nailiyyətləri tətbiq edən, geniş təcrübəyə malik multidisiplinar komanda tərəfindən idarə olunması planlaşdırılır.

Tibbi xidmətlər çərçivəsində qeyd olunan diaqnozlarla müalicə alan pasiyentlər üçün həm allogen, həm də autogen sümük iliyi transplantasiyasının həyata keçirilməsi nəzərdə tutulur".

S.Cəlilova bildirib ki, mərkəz 22 çarpayılıq şöbə ilə böyüklər və uşaqlar üçün fəaliyyət göstərəcək:

"Həm autogen, həm də allogen sümük iliyi transplantasiyası beynəlxalq protokollara uyğun şəkildə həyata keçiriləcək. Leykoz, talassemiya, aplastik anemiya, limfoma və mieloma kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün bu mərkəz yüksəksəviyyəli, inteqrasiya olunmuş müalicə şəraiti yaradacaq və xaricə bağlılığı əhəmiyyətli dərəcədə azaldacaq".

Şöbə müdiri transplantasiya bloklarının müasir sterilizasiya standartlarına cavab verən HEPA filtrasiyalı hava axını, tam izolyasiya rejimi və yüksəksəviyyəli infeksion nəzarət sistemi ilə təchiz edildiyini vurğulayıb:

"Mərkəzin əsas məqsədi pasiyentlərə təhlükəsiz, effektiv və yüksəkkeyfiyyətli müalicə təqdim etmək, elmi yenilikləri praktikaya gətirmək və ölkədə sümük iliyi transplantasiyası xidmətlərinin əlçatanlığını artırmaqdır. Yeni yaradılmış mərkəz ilə tibb müəssisəsi hemato-onkoloji xəstəliklərin müalicəsində daha geniş imkanlar yaradacaq və müasir tibb standartlarının tətbiqində nümunəvi səhiyyə ocağı kimi fəaliyyət göstərməyə davam edəcək".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
62
1
cebheinfo.az

10Mənbələr