AZ

Hemato-onkoloji xəstəliklər üçün yeni ümid – Sümük İliyi Transplantasiya Mərkəzi açıldı

Yeni Klinikada Sümük İliyi Transplantasiyası Mərkəzi açılıb.

Yeni yaradılmış mərkəz ilə tibb müəssisəsi hemato-onkoloji xəstəliklərin müalicəsində daha geniş imkanlar yaradacaq.

Bizim.Media xəbər verir ki, bunu Yeni Klinikada Sümük İliyi Transplantasiyası Mərkəzinin açılışı zamanı təşkil edilmiş mediaturda mərkəzin şöbə müdiri Sevil Cəlilova bildirib.

"Mərkəz 22 çarpayılıq şöbə ilə böyüklər və uşaqlar üçün fəaliyyət göstərəcək. Həm autogen, həm də allogen sümük iliyi transplantasiyası beynəlxalq protokollara uyğun şəkildə həyata keçiriləcək. Leykoz, talassemiya, aplastik anemiya, limfoma və mieloma kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün bu mərkəz yüksəksəviyyəli, inteqrasiya olunmuş müalicə şəraiti yaradacaq və xaricə bağlılığı əhəmiyyətli dərəcədə azaldacaq.

Transplantasiya blokları müasir sterilizasiya standartlarına cavab verən HEPA filtrasiyalı hava axını, tam izolyasiya rejimi və yüksəksəviyyəli infeksion nəzarət sistemi ilə təchiz edilib",-o deyib.











Naibə, Bizim.Media

Seçilən
27
35
bizim.media

10Mənbələr