AZ

Avtoyuma məntəqəsindən BYD qaçırıb qəza törətdi

Bakının Qaradağ rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən BYD markalı avtomobil qaçırılıb.

Far.Az oxu.az-a istinadən xəbər verir ki, həmin şəxs qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi törədib və avtomobili orada qoyaraq hadisə yerindən qaçıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə işləyən 29 yaşlı S.Kərimov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
4
far.az

10Mənbələr