AZ

Ehtiyac meyarı artır

ain.az bildirir, Milli.az portalına istinadən.

2026-cı il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilir.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək.

Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.

Bu o deməkdir ki, 2026-cı il üçün ehtiyac meyarı həddinin 15 manat, yəni təxminən 5,26 % artırılması nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
142
29
news.milli.az

10Mənbələr