AZ

Maşın nömrələrində region kodu belə olacaq - YENİLİK

Azərbaycanda dövlət qeydiyyat nişanlarına yeni standart tətbiq olunacaq.

 

Bununla bağlı AZS 599:2025 dövlət standartı qəbul olunub.

 

Yeni standarta əsasən, nəqliyyat vasitələrinin region kodu həm iki, həm də üçrəqəmli olacaq.

 

Bununla əlaqədar olaraq yeni veriləcək bir sıra nömrələrdə altı rəqəm olacaq:

 

- İlk 3 rəqəm - region kodu,

 

 

- Ardınca gələn 2 hərf - nəqliyyat vasitəsinin seriyası,

 

- Son 3 rəqəm isə - nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini ifadə edəcək.

 

Xatırladaq ki, standarta edilmiş yeniliklərə əsasən, avtomobil nömrələrində hərf və rəqəmlər arasındakı defis işarələri və çip elementləri də ləğv olunub.

 

Oxu.az

Tarix: 22 Noyabr 2025, 10:30   
Seçilən
88
13
pravda.az

10Mənbələr