AZ

Maşın nömrələrində region kodu belə olacaq – YENİLİK

Azərbaycanda dövlət qeydiyyat nişanlarına yeni standart tətbiq olunacaq.

KONKRET.az xəbər verir ki, bununla bağlı AZS 599:2025 dövlət standartı qəbul olunub.

Yeni standarta əsasən, nəqliyyat vasitələrinin region kodu həm iki, həm də üçrəqəmli olacaq.

Bununla əlaqədar olaraq yeni veriləcək bir sıra nömrələrdə altı rəqəm olacaq:

– İlk 3 rəqəm – region kodu,

– Ardınca gələn 2 hərf – nəqliyyat vasitəsinin seriyası,

– Son 3 rəqəm isə – nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini ifadə edəcək.

Xatırladaq ki, standarta edilmiş yeniliklərə əsasən, avtomobil nömrələrində hərf və rəqəmlər arasındakı defis işarələri və çip elementləri də ləğv olunub.//Oxu.az

Seçilən
72
13
konkret.az

10Mənbələr