AZ

Z-nəsli üçün gizli TƏHLÜKƏ

Narahatlıq və apatiyaya görə təyin olunan antidepressantlar minlərlə gəncin həyatında ciddi fəsadlara səbəb olur.

Musavat.com-un məlumatına görə, bu barədə “The New York Times” araşdırıb.

Mütəxəssislərin qeyd etdiyinə görə, bu preparatlar bir çox zumerdə seksual istəyi tamamilə zəiflədir və bəzi hallarda “yan təsir” dərman dayandırıldıqdan sonra belə aylarla, hətta illərlə keçmir.

Psixiatrlar bu vəziyyəti post-effekt adlandırır - yəni orqanizmin öz təbii bioloji motivasiyasına qayıtması çox ləng gedir.

Həkimlərin xəbərdarlığı daha da narahatedicidir: bu gün artıq yaxınlıqdan qorxan, münasibət qurmağı bacarmayan bir nəsil yetişir və indi həmin nəsil insan növünü yaşadan ən əsas instinkti belə itirmək riski ilə üz-üzədir.

Tendensiya genişlənərsə, psixiatrlar bunu “bəşəriyyətin reproduktiv gələcəyi üçün real təhlükə” kimi qiymətləndirirlər.

Musavat.com

Seçilən
97
3
musavat.com

4Mənbələr