Narahatlıq və apatiyaya görə təyin olunan antidepressantlar minlərlə gəncin həyatında ciddi fəsadlara səbəb olur.
Tribunainfo.az xəbər verir ki, bu barədə “The New York Times” araşdırıb.
Mütəxəssislərin qeyd etdiyinə görə, bu preparatlar bir çox zumerdə seksual istəyi tamamilə zəiflədir və bəzi hallarda “yan təsir” dərman dayandırıldıqdan sonra belə aylarla, hətta illərlə keçmir.
Psixiatrlar bu vəziyyəti post-effekt adlandırır – yəni orqanizmin öz təbii bioloji motivasiyasına qayıtması çox ləng gedir.
Həkimlərin xəbərdarlığı daha da narahatedicidir: bu gün artıq münasibət qurmağı bacarmayan bir nəsil yetişir və indi həmin nəsil insan növünü yaşadan ən əsas instinkti belə itirmək riski ilə üz-üzədir.
Tendensiya genişlənərsə, psixiatrlar bunu “bəşəriyyətin reproduktiv gələcəyi üçün real təhlükə” kimi qiymətləndirirlər.