"Araz-Naxçıvan" Misli premyer-liqasının 12-ci tur matçında "Turan Tovuz"la heç-heçə etdi - 1:1.
"Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Mübarizəli oyuna şahidlik etdik. Hər iki komanda yaxşı iş ortaya qoydu. Bəzi anlarda oyuna diktə edən tərəf biz idik. "Turan Tovuz"u da vurğulamaq lazımdı. Təzyiq göstərəndən sonra epizodlar yaratdılar. Bizi nəyin gözlədiyini bilirdik. "Turan Tovuz" ağır komandadı. Düşünürəm ki, bu gün hər iki komanda 1 xal qazandı.
- İkinci hissədə istədiyiniz hücumları qura bilmirdiz. Bunun səbəbi nə idi?
- Komandaya hesabı qorumağı tapşırmamışdıq. Futbolçular hesabda öndə olanda psixoloji olaraq daha çox müdafiəyə diqqət yetirir. Hücuma da çıxırdıq. Aqressivlik var idi. Sadəcə epizodları düzgün dəyərləndirə bilmirdik. Rəqib ikinci hissədə əvəzetmələrdən sonra oyunu dəyişməyi bacardı. Bu gün iki komanda da yaxşı oynadı.
- Sumqayıtda oynamağın komandaya hansısa təsiri var?
- Həmişə oynadığımız "Liv Bona Dea Arena" da bizə ev sayılmır. Hamı bilir ki, biz haranı təmsil edirik. Mən də, rəhbərlik də istəyərdik ki, öz azarkeşlərimizin qarşısında çıxış edək. Məndən asılı məsələ deyil. İstəyim ev yiyəsi kimi dolu tribunaların qarşısında oynamaqdı. O da komandaya həvəs verir. Yenə də ümidliyik. Nə vaxtsa Naxçıvana qayıdacağıq.
- Turnir cədvəlinin 6-cı pilləsindəsiz. Zəif çıxışın səbəbi nədi?
- Sizin baxışınızla bizim baxışımız bir az fərqlidi. Mövsümün əvvəlidi. Komandalar bir-birinə çox yaxındı. Düşünmürəm ki, zəif çıxış edirik. Bu gün aparıcı oyunçularımız yox idi. Ona görə rotasiyalara getməli olduq. Daha yuxarı pillələrdə ola bilərik.
- Kurban Berdiyev bildirdi ki, hakimlərdən danışsaq da, heç nə dəyişmir. Siz bu gün idarəçilik haqda nə düşünürsüz?
- Hakimlərdən danışmağa başlasaq, futbolu unudacağıq. Bütün dünyada belə problemlər yaşanır. İnanıram ki, ədalət təmsilçiləri oyunun ritminə təsir etməz. Bu gün də xırda epizodlar var idi, etirazlarımız oldu. Bunlar futbolun içində olan elementlərdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta