AZ

“Zirə” “Qəbələ”ni məğlub etdi

ain.az, Metbuat portalına istinadən məlumat yayır.

Azərbaycan Premyer Liqasının XII turunun növbəti matçında “Zirə” ilə “Qəbələ” komandaları qarşılaşıb.

Metbuat.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Baş hakim Elvin Bayramovun idarə etdiyi görüşdə yeganə qolu 45+3-cü dəqiqədə Ruan Renato vurub. O, penaltini dəqiq yerinə yetirib.

Bu qələbədən sonra “Zirə” 23 xalla turnir cədvəlinin ikincisi olan “Turan Tovuz”a çatıb. “Qəbələ” 5 xalla 11-ci sıradadır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
5
metbuat.az

6Mənbələr