Noyabrın 22-də saat 22 radələrində 2008-ci il təvəllüdlü E. Sarıyev kəsici alətlə qətlə yetirilib.
APA-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
22:58
Mingəçevirdə məktəbli bıçaqlanıb.
APA-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, 2008-ci il təvəllüdlü Sarıyev Elman Etibar oğlu kəsilmiş deşilmiş bıçaq xəsarətləri alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, məsələ ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.