Noyabrın 22-də saat 22 radələrində 2008-ci il təvəllüdlü E. Sarıyev kəsici alətlə qətlə yetirilib.
Manset.az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
23:27
Mingəçevirdə məktəbli bıçaqlanıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü Sarıyev Elman Etibar oğlu kəsilmiş deşilmiş bıçaq xəsarətləri alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, məsələ ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.