AZ

Şahzadə Diananın şəxsi modelyeri VƏFAT ETDİ

Şahzadə Diananın şəxsi dizayneri kimi tanınan məşhur irlandiyalı modelyer Pol Kostello 81 yaşında Londonda vəfat edib.

Publika.az xəbər verir ki, onun yaratdığı moda brendinin arxasında duran komanda onun vəfat etdiyini açıqlayıb.

“Mirror” qəzetinin yaydığı açıqlamaya görə, modelyer son anlarını ailəsi – həyat yoldaşı və yeddi övladının əhatəsində keçirərək qısa sürən bir xəstəlikdən sonra dünyasını dəyişib.

Pol Kostello 1945-ci ildə Dublində anadan olub və Qrafton Moda Dizayn Akademiyasında təhsil alıb, sonra Parisdə sənətini mükəmməlləşdirib. 1979-cu ildə o, öz brendini qurub və dörd il sonra Uels Şahzadəsinin şəxsi dizayneri olmaq şərəfinə layiq görülüb. Onların yaradıcı əməkdaşlığı 1997-ci ildə Diananın faciəli ölümünə qədər davam edib.

Seçilən
54
21
publika.az

10Mənbələr