AZ

Trampın sülh planı ilə bağlı ilk görüş baş tutdu

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak ABŞ Prezidenti Donald Trampın münaqişənin həlli üçün sülh planı ilə bağlı Cenevrədə ilk görüşünü keçkirib. 

"Unikal" xəbər verir ki, bu barədə o, "Telegram" kanalında bildirib. "Prezident Volodimir Zelenski tərəfindən təyin edilmiş Ukrayna nümayəndə heyəti Cenevrədə işə başlayıb", - deyə Yermak qeyd edib. 

Yermak artıq Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik müşavirləri Conatan Pauell, Emmanuel Bonn və Günter Sautter ilə danışıqlar apardığını bildirib. O, bundan sonra Amerika nümayəndə heyəti ilə görüşün planlaşdırıldığını bildirib.

Yermak ölkələrin münasibətinin "çox konstruktiv" olduğunu bildirib. O, müxtəlif formatlarda bir sıra görüşlərin planlaşdırıldığını vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
75
42
unikal.az

10Mənbələr