AZ

Tramp Ukraynadakı müharibəni istənilən şərtlərlə dayandırmaq istəyir Politico

ain.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp Ukraynaya qarşı Rusiya tərəfindən aparılan müharibəni mümkün qədər tez və hər hansı şərtə baxmadan dayandırmağa çalışır. Məhz bu səbəbdən onun “sülh planı”nın detalları hələ də qeyri-müəyyən olaraq qalır və tez-tez dəyişir.

Bizimyol.info xəbər verir ki, "Politico" nəşrinin yazdığına görə, Tramp üçün əsas məsələ Ukraynada müharibəyə son qoymaqdır – sülh razılaşmasının son variantının məzmununun necə olmasından asılı olmayaraq.

Nəşr qeyd edir ki, Avropa və Ukrayna 28 maddədən ibarət “sülh planı” ilə tanış olanda, hansı ki Donbasın Rusiyaya verilməsini nəzərdə tuturdu, yumşaq desək, təəccübləniblər. Ağ Ev isə vurğulayıb ki, Trampın “qırmızı xətləri” yoxdur – onun üçün əsas odur ki, tərəflər razılaşsın və müharibə başa çatsın.

Ağ Evin yüksək vəzifəli rəsmisi nəşrə anonimlik şərti ilə deyib: “Əsas məqsəd – sülhdür. Ən vacib nailiyyət bu ola bilər: döyüş əməliyyatlarını dayandırmaq, qətlləri bitirmək. Tramp ilk növbədə bunu istəyir”. Rəsmi şəxs əlavə edib ki, Tramp “müharibəni dayandıracaq və tərəflərin mümkün qədər tez razılaşa biləcəyi istənilən sənədi” imzalamağa hazırdır.

Nəşr yazır ki, Trampın sülh sazişini tez bir zamanda qəbul etdirmək istəyi onun “sülh planı”nın niyə tez-tez dəyişdiyini də izah edir. Elə buna görə də prezident bir sutka ərzində Ukraynaya ultimatum verməkdən – planı cümə axşamına qədər qəbul etmələri tələbindən – təşəbbüsünün hələ son variant olmadığını bildirməyə keçə bilir. Bu, həmçinin izah edir ki, tərəflərlə danışıqları bir neçə amerikalı rəsmisinin aparmasının səbəbi nədir.

ABŞ-ın Rusiya ilə birlikdə hazırladığı adlandırılan sülh planı bir həftə əvvəl açıqlanmışdı. Bu plana əsasən, Ukrayna Donbası Rusiyaya verməli və heç vaxt NATO-ya üzv olmamalı idi. Avropa ölkələrinin liderləri dərhal bu “sülh planını” Rusiya prezidenti Vladimir Putinin arzu siyahısı adlandırıblar. Aİ rəsmiləri əlavə ediblər ki, planın müəllifi Stiv Vitkoffun psixiatra müraciət etməsi daha düzgün olardı.

Ukrayna rəsmiləri isə daha təmkinli reaksiya veriblər. Ukrayna Prezidenti Vladimir Zelenski açıqlamasında kəskin bəyanat səsləndirməyəcəyini bildirib. O, yalnız qeyd edib ki, Ukrayna hakimiyyəti bu “sülh planı” üzərində işləməyə hazırdır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
42
icma.az

10Mənbələr