AZ

“Bir neçə fikir ayrılığı qalır” “Bu həftə Tramp Zelenski görüşü olmayacaq”

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Sülh planı" ilə bağlı Cenevrədə keçirilən Ukrayna-ABŞ danışıqlarından sonra bir neçə fikir ayrılığı qalmaqdadır. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Levitt deyib.

Mətbuat katibinin sözlərinə görə, Ukraynadakı müharibənin sona çatması ilə bağlı danışıqlar məhsuldar keçib, lakin bir neçə fikir ayrılığı hələ də qalır. O, həmçinin qeyd edib ki, hazırda ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında bu həftə görüş planlaşdırılmır.

Levitt deyib ki, Ukraynadakı müharibənin sona çatması üçün yenidən işlənmiş "sülh planı" artıq Rusiya tərəfinə yenidən təqdim olunmalıdır: "Təcililik hissi var. Prezident bu müqavilənin bağlanmasını və müharibənin bitməsini istəyir".

Levitt vurğulayıb ki, ABŞ Prezidenti həm Ukrayna, həm də təcavüzkar dövlət olan Rusiya liderlərinə əhəmiyyətli dərəcədə təzyiq göstərir və müqavilənin "mümkün qədər tez" bağlanmasını istəyir.

Qeyd edək ki, bir neçə gün əvvəl mediada ABŞ və Rusiyanın Ukrayna müharibəsinə son qoymaq üçün "sülh planı" hazırladığı barədə məlumatlar yayıldı. Plana Ukrayna Silahlı Qüvvələrinin sayının yarıyadək azaldılması, Donbas və NATO-dan imtina, rus dilinə rəsmi status verilməsi və sair daxil olmaqla 28 bənd daxil idi. Bu plan həm Ukraynada, həm də Avropada tənqid edildi.

23 noyabrda Cenevrədə ABŞ, Ukrayna və Avropa nümayəndələri arasında aparılan danışıqlardan sonra planda bəzi dəyişikliklər edilib. “Financial Times” qəzetinin xəbər verdiyi kimi, plan 28 bənddən 19 bəndə endirilib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
20
azpolitika.info

10Mənbələr