AZ

Ağ Ev Ukrayna üzrə danışıqların gedişi barədə məlumat verib

“Həm Moskva, həm də Kiyev Ukraynadakı münaqişənin həlli üçün ABŞ-la danışıqlarda iştirak edir”.

Busaat.az xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Kerolin Levitt bildirib.

“Son bir həftə ərzində Birləşmiş Ştatlar həm Ukraynanı, həm də Rusiyanı danışıqlar masası arxasına dəvət etməklə sülh sazişinə doğru böyük irəliləyiş əldə edib”, – o, qeyd edib.

Levittin sözlərinə görə, indiki məqamda Moskva, Kiyev və Vaşinqton arasında gələcək danışıqların gedişində həllini tələb edən yalnız bir neçə incə, lakin keçilməz detallar qalıb.

Yeganə

Seçilən
37
20
busaat.az

10Mənbələr