Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Dağıstan ərazisində saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə Balakən RPŞ tərəfindən ibtidai istintaq edilən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi üzrə cinayət işi üzrə axtarışda olan Göylərov Şəhərrəddin Süleyman oğlu İnterpol kanalları ilə vasitəsilə Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində müəyyən edilərək saxlanılıb.
Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin aidiyyəti qurumlarla birgə Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.