AZ

Axtarışda olan Azərbaycan vətəndaşı saxlanıldı

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Dağıstan ərazisində saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb

Balakən RPŞ tərəfindən ibtidai istintaq edilən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi üzrə cinayət işi üzrə axtarışda olan Şəhərrəddin Süleyman oğlu Göylərov Mahaçqalada tutulub.

Belə ki, İnterpol kanalları vasitəsilə onun Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtında olması müəyyən edilərək saxlanılıb.

Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Seçilən
15
7
metbuat.az

10Mənbələr