AZ

Azərbaycan onu axtarırdı: tutuldu – Vətənə gətirilir

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Dağıstan ərazisində saxlanılıb.

KONKRET.az bildirir ki, DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Balakən RPŞ tərəfindən ibtidai istintaq edilən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi üzrə cinayət işi üzrə axtarışda olan Şəhərrəddin Süleyman oğlu Göylərov Mahaçqalada tutulub.

Belə ki, İnterpol kanalları vasitəsilə onun Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtında olması müəyyən edilərək saxlanılıb.

Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Seçilən
18
12
konkret.az

10Mənbələr