Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 11-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Maynts” doğma meydanda “Hoffenhaym”la qarşılaşıb. Bu görüşdə qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
11-ci turun qalan görüşləri noyabrın 22-də və 23-də keçiriləcək.
Almaniya, Bundesliqa
11-ci tur
21 noyabr
Maynts – Hoffenhaym 1:1
Qollar: Da Kosta, 76 – Olsen, 9-öz qapısına.
22 noyabr
18:30. Auqsburq – Hamburq
18:30. Bayern – Frayburq
18:30. Borussiya (Dortmund) – Ştutqart
18:30. Haydenhaym – Borussiya (Mönhenqladbax)
18:30. Volfsburq – Bayer
21:30. Köln – Ayntraxt
23 noyabr
18:30. Leypsiq – Verder
20:30. Sankt Pauli – Union Berlin
⇧
