AZ

Fernandinyo karyerasını başa vurdu – ARENA.AZ

Futbol üzrə Braziliya milli komandasının sabiq yarımmüdafiəçisi Fernandinyo peşəkar futbolçu karyerasını başa vurduğunu elan edib.

Arena.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi Kuritibada keçirilmiş xeyriyyə matçından sonra bunları söyləyib:

“Artıq yorulmuşam. Bu gün cəmi 30 dəqiqədən bir qədər çox qaçandan sonra yorulduğumu hiss etdim. Futbolda məni motivasiya edə biləcək heç nə qalmayıb. Bu oyunda nail ola biləcəyim hər şeyə nail olmuşam, ala biləcəyim hər şeyi almışam. İndi isə ailəmlə həyatdan zövq almağın vaxtıdır”.

Xatırladaq ki, Fernandinyo karyerası ərzində “Atletiko Paranaense”, “Şaxtyor” (Donetsk) və “Mançester Siti”də çıxış edib. Təcrübəli oyunçu Braziliya yığmasının heyətində meydana çıxdığı 53 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

“Şaxtyor”la Ukraynada, “Mançester Siti” ilə İngiltərədə çoxsaylı titullar qazanmış Fernandinyonun klub karyerası rəqəmlərin gözü ilə belə mənzərə yaradır:

Mançester Siti – 383 oyun (26 qol, 32 assist)
Şaxtyor – 284 oyun (53 qol, 57 assist)
Atletiko – 198 oyun (29 qol, 20 assist)

Seçilən
9
7
arena.az

10Mənbələr