AZ

Premyer Liqa: “Sabah” “Şamaxı”ya, “Neftçi” “İmişli”yə qarşı – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 12-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu “Sabah”la “Şamaxı” arasında keçiriləcək. Masazırda baş tutacaq qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq.

Turun qapanış matçında isə “Neftçi” “İmişli”ni qəbul edəcək. “Neftçi Arena”da təşkil ediləcək oyunu Cavid Cəlilov idarə edəcək.

Premyer Liqa
12-ci tur

21 noyabr

“Karvan” – “Kəpəz” 1:2
Qollar: Araz Abdullayev, 31 – Luis Paçu, 14. Rauf Hüseynli, 76-pen.
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Yevlax şəhər stadionu, 14:00.

“Sumqayıt” – “Qarabağ” 2:4
Qollar: Höccət Haqverdi, 32. Nsana Simon, 83 – Leandro Andrade, 6. Toral Bayramov, 42. Abdullah Zubir, 63. Aleksey Kaşuk, 90+3.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

22 noyabr

“Araz-Naxçıvan” – “Turan Tovuz” 1:1
Qollar: Ba-Muaka Simakala, 21 – Ayxan Hüseynov, 78.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00.

“Zirə” – “Qəbələ” 1:0
Qol: Ruan Renato, 45+3-pen.
Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zirə İdman Kompleksinin stadionu, 17:30.

23 noyabr

“Sabah” – “Şamaxı”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Masazır Arena”, 15:00.

“Neftçi” – “İmişli”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Neftçi Arena”, 17:30.

Seçilən
7
2
arena.az

10Mənbələr